11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Vaksin ölümə səbəb olur? - Rəşad Mahmudovdan AÇIQLAMA

9.01.2021 - 189 - Sosial

“Bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan pandemiya və epidemiyaların qarşısının alınmasında peyvəndlər həmişə "qızıl açar" rolu oynayıb. Bu gün də belə bir həqiqəti qəbul etməliyik ki, yeni növ koronavirusla (COVID-19) mübarizədə də peyvənddən səmərəli yol yoxdur. Az qala bir ilə yaxındır ki, bütün dünyanın başı üstünü alan dəhşətli və qorxunc infeksiyadan məhz bu yolla xilas olmaq mümkündür”.

SHOWXEBER.AZ  xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, müxtəlif qabaqcıl ölkələrdə kütləvi şəkildə peyvənd aparılmasına başlanılması problemin nəzarət altına alınması üçün onun yeganə vasitə olduğunu göstərir. Tibbi mərkəzlərin və mütəxəssislərin gəldiyi qənaət də bunu təsdiq edir.

“Təəssüf ki, bəzi hallarda bu mühüm və vacib kampaniya aparılmasına başlanılmamış hər hansı bir ölkədə baş verən bir və ya iki ölüm halını heç bir mütəxəssis rəyi olmadan peyvəndlə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə yanaşma əhali arasında çaşqınlıq yaranmasına səbəb olur. Bu bir faktdır ki, COVID-19 infeksiyası yayılmamışdan əvvəl də dünyada hər gün həyatını itirən insanlar vardı.

Həmin ölüm halı ilə əlaqədar əlində ciddi və əsaslandırılmış fakt olmadan onun peyvəndlə əlaqələndirilməsi həqiqəti əks etdirmir, çünki belə bir qənaətə xüsusi tibbi-ekspert qrupunun rəyindən sonra gəlmək olar. Hələlik indiyə qədər koronavirus peyvəndinin həyatı təhlükəsi ilə əlaqədar hər hansı dəqiq məlumat yoxdur.

Dolaşan bəzi məlumatlar isə daha çox spekulyativ xarakter daşıyır, tibbi mərkəz və mütəxəssislərin rəyinə əsaslanmır və qətiyyən həqiqəti əks etdirmir”,- deyə komitə sədrinin müavini vurğulayıb.

//yenisabah


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti