04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

İki dəfə yaralanan, 8 yoldaşını xilas edən Şuşa Qalasının qəhrəman şəhidi

11.01.2021 - 118 - Sosial

Qırx dörd günlük Vətən Müharibəsi bizə minlərlə qəhrəmanımızı yaxından tanıtdı. Onların şücaətləri tarix boyu xalqımızın yaddaşından silinməyəcək. Belə igidlərdən biri də Qax rayonunun 23 yaşlı qəhrəmanı Hacıəhməd Hacıəhmədlidir.  

SHOWXEBER.AZ  "Report"a istinadla xəbər verir ki, Hacıəhməd Həsən oğlu Hacıəhmədli 1998-ci ildə Qax rayonunun Zərnə kəndində dünyaya göz açıb.   Hacıəhməd orta məktəbi Zərnə kəndində bitirib və Azərbaycan Texniki Universitetinə qəbul olub.

Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətənə olan borcunu yerinə yetirdikdən sonra hərbə olan sevgisi onu yenidən bu sahəyə yönəldib. Ali təhsil almasına baxmayaraq, öz ixtisası üzrə işləməkdən imtina edərək müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayan Hacıəhmədə Vətən müharibəsində iştirak etmək də nəsib olub.   Sentyabrın 27-dən etibarən ordumuzun əks hücum əməliyyatlarında qəhrəmanlıq göstərən Hacıəhməd Füzuli, Zəngilan, Qubadlı rayonları və Laçın dəhlizinin işğaldan azad edilməsi uğrunda döyüşüb. O, bu döyüşlərdə 8 yaralı hərbçi yoldaşını döyüş meydanından çıxarıb. Ayağından və gözündən yaralanmasına baxmayaraq, 15 günlük məzuniyyətdən imtina edərək, müalicə olunduğu qospitaldan birbaşa cəbhəyə yollanıb.  

Hacıəhmədin son döyüşü noyabrın 7-də Şuşada olub. O, Şuşa qalası ətrafında ən uca zirvəni fəth edən zaman şəhid olub.   Hacıəhmədin valideynləri indi övladları haqqında yalnız fəxarətlə danışırlar.   Hacıəhməd Hacıəhmədli ölümündən sonra 4 medalla "Vətən uğrunda", Şuşanın, Füzulinin və Qubadlının azad olunması uğrunda medalları ilə təltif edilib. Şəhid Zərnə kənd qəbiristanlığında torpağa tapşırılıb.   Allah rəhmət eləsin!


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti