15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |    

Nəhayət "Avroviziya 2021"in taleyi BƏLLİ OLDU

13.01.2021 - 224 - Maqazin

Koronavirus pandemiyasına baxmayaraq, "Avroviziya" beynəlxalq vokal müsabiqəsi 2021-ci ildə keçiriləcək.


SHOWXEBER.AZ xəbər verir ki, şərhçi, aktyor və komediyaçı Qraham Norton musiqi yarışının taleyindən danışıb. Sənətçi bu il fərqli ölkələrin musiqiçilərinin birinci yer uğrunda mübarizə aparacaqları müsabiqənin ənənəvi formatda "mütləq baş tutacağını" qeyd edib.


Eyni zamanda, müsabiqənin təşkilatçıları yarışçıların Rotterdama (Hollandiya) gələ bilməməsi və ya oraya çatdıqdan sonra karantində qalmaq məcburiyyətində olacağı təqdirdə, çıxışın video yazısının təqdim edilməsinə də icazə verib. Qeyd olunan nömrələr üçün ciddi qaydalar müəyyənləşdiriləcək.


Bununla yanaşı, Norton vokal yarışının "20 min tamaşaçı ilə stadionda baş tutacağına" inanmadığını da dilə gətirib.


Xatırladaq ki, 2020-ci ilin sentyabrında "Avroviziya" müsabiqəsinin təşkilatçıları 2021-ci ildə keçiriləcək tədbir üçün dörd ssenari təqdim edərək, yarışın formatının dünyadakı epidemioloji vəziyyətdən asılı olacağını vurğulamışdılar.


Yarışın tarixləri daha əvvəl açıqlanmışdı. Belə ki, finalının 22 mayda keçirilməsi planlaşdırılır. 


/Shownews.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti