14.01.2021 - 126 - Sosial
Hollivud ulduzu Corc Kluni və həyat yoldaşı Amal Kluni boşanmaq qərarı alıb.
SHOWXEBER.AZ xəbər verir ki, bu barədə "Life & Style" jurnalı məlumat yayıb.
Bildirilib ki, cütlük övladlarının təhsilinə görə mübahisə edib. 60 yaşlı Corc uşaqların Amerikada, Amal isə Britaniyada təhsil almasını istəyir. Fikir ayrılığı yaşayan ər-arvadın bu səbəbdən də münasibəti korlanıb.
Qeyd edək ki, daha əvvəl də cütlüyün boşanacağı haqda xəbərlər yayılmışdı./axsam.az