11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər?

16.01.2021 - 148 - Sosial

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin həbsi hazırda ən çox müzakirə olunan mövzulardan biridir. Baş Prokurorluğun yaydığı məlumat bu müzakirələri daha da aktuallaşdırıb. 

 Baş Prokurorluq Vüqar Səfərli ilə əlbir olan şəxslərin müəyyənləşdirilərək, istintaqa təhvil veriləcəyini bildirib. Bu, yeni həbslərin anonsu ola bilərmi?   Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a deyib ki, Vüqar Səfərlinin işinin araşdırılması nəticəsində onunla əlbir olanlardan kimin hansı formada iştirak etdiyi, rolunun nədən ibarət olduğu bilinəcək:

   "Düşünürəm ki, biz istintaqın əmələ qiymət verməsini gözləməliyik. Çünki biz kimisə ittiham edə bilmərik. Əgər kimisə günahlandırsaq, bu, istintaqın obyektiv iş aparmasına mane ola bilər.   Baş Prokurorluq tərəfindən verilən açıqlamada deyilir ki, digər şəxslərlə bağlı araşdırmalar aparılacaq. Yəqin ki, digər şəxslərin də bu istiqamətdə ilkin əməllərinin olmasına şübhələr var. 

Və həmin şəxslərin dairəsi müəyyənləşdirilib, məsuliyyətə cəlb olunması baş verə bilər. Amma konkret kimlərin məsuliyyətə cəlb olacağını bilmərik. Bunu istintaq orqanı müəyyənləşdirəcək”.  

Ə.Nuriyev qeyd edib ki, korrupsiya sövdələşməsi olursa, təbii ki, burada tək bir nəfərin iştirakı istisnadır.   Baş Prokurorluğun məlumatına görə, toplanmış ilkin sübutlar əsasında Vüqar Müzəffər oğlu Səfərli Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti