17.01.2021 - 141 - Sosial
Çinin Tyantszin şəhərində hərkəsi təəccübləndirən hadisə yaşanıb.
“Daqiaoda Food Co.” adlı firmanın istehsal etdiyi dondumalarda koronavirus aşkarlanıb. Bundan sonra şirkətin 662 işçisi karantinə alınıb.
Sözügedən firmanın ətraf şəhərlərə 2000-dən çox dondurma payladığı bildirilib. Hazırda dondurmalara koronavirusun necə keçdiyi haqqında araşdırmalar aparılır.
Mütəxəssislər isə, işçilərdən birinin Covid-19-a yoluxması nəticəsində virusun dondurmaya keçdiyini bildirir.
/axsam.az