09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

"Musiqiçilər "paramparça"dır, imkan verin işləyək" - Tünzalə TƏBİB-ə səsləndi

23.01.2021 - 217 - Maqazin

"Hörmətli TƏBİ̇B, bütün pandemiya boyu qaydalara riayət edən və "evdəqal “kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə mədəniyyət sahəsinə qarşı qadağalar davam edəcək?!".

SHOWXEBER.AZ  xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə yazıb. TƏBİB-ə müraciət edən müğənni işsizlikdən şikayətlənib:

"Nəzərinizə çatdırım ki , təəssüf əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif
hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir. Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi , bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək. Bilirsiniz ki, bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu çox yazıq, digərləri də "paramparça" vəziyyətdədirlər. Bununla musiqi mədəniyyəti çox qiymətli sənətçiləri itirə -itirə gedir. Əksər insanlar tərəfindən olduqca yanlış bir təsəvvür var Azərbaycan tanınmışları haqqında.

Baxın, başqa ölkələrdə musiqiçi, artist kimi məşḩurlaşmaq, bəli, çox yaxşı qazanmaq deməkdir: albom, konsert satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir həmin məşḩurun qazancıdır. Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri var. Hələlik alternativ fəaliyyət imkanları da yoxdur.

Bizdə məşḩur musiqiçi və artist olmaq iş adamı demək deyil - o, Allahın verdiyi səs telləri, istedadı, sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir. Bir ildir tamamən 100 faiz durğunluq içindədir. Bu vəziyyət musiqi mədəniyyətinə töhfələr verə bilən istedadlı, peşəkarların itkisinə aparır"./axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti