22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |     07:39 Elton Hüseynəliyev toy qiymətlərini niyə artırıb?  |     20:36 Zamiq "Oğlum" dedi - VİDEO  |     13:19 Naibə Allahverdiyevanın son durumu: Evə buraxılıb  |     13:17 Alla Puqaçovanın arıqlama sirri başqalarını məhv edir  |     10:35 Yenidən yayıma hazırlaşan “Toylar kralı” yarışmasının münsifləri bəlli oldu  |     10:32 Meryem Üzerli ilə birgecəlik şam yeməyinin qiyməti açıqlandı  |     10:26 Əməkdar artist: “Qocalığın nəyi gözəldir, sevmirəm”  |     19:27 Kamalə Ağazadə coşdu: Təranə və Qumral Hər ikisi cəzalanmalıdır  |    

Vaqif Mustafayevin “Space”dən getməsi ilə “Amaci” serialının yayımı DAYANDIRILDI

9.02.2021 - 550 - Mədəniyyət

"Space" televiziyasının efirində nümayiş olunan və yayımı qalmaqallara səbəb olan "Amaci" (“Bu zalım dünyada doğulma”) serialının yayımı dayandırılıb.

SHOWXEBER.AZ xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, serialın yayımının dayandırılması ilə bağlı qərar Vaqif Mustafayevin telekanalın rəhbəri postundan getməsindən sonra verilib.

Məlumata görə, serialın yayımı hələ Vətən müharibəsi dövründə cəmiyyətdə çoxsaylı tənqidlər səbəb olmuşdu. Onun efirdən yığışdırılmasında bu amilin xüsusi rolu olub.

Qeyd edək ki, Hindistan istehsalı olan məşhur serial 2009-cu ildə lentə alınıb. Serialın 2012-ci ildən Azərbaycan teleməkanında nümayişinə başlanılsa da, bir müddət yarımçıq qalıb. Daha sonra ölkədə əcnəbi serialların yayımına qadağa qoyulub.

2020-ci ilin avqust ayında Milli Televiziya və Radio Şurasının qərarına əsasən, ölkədə fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımı bərpa olunub. Beləliklə, "Amaci" yenidən efirə qayıtsa da, o, bu dəfə də sonacan nümayiş oluna bilməyib.

Xatırladaq ki, bir neçə gün öncə Vaqif Mustafayev "Space" televiziya kanalının rəhbəri vəzifəsindən çıxarılıb. O, 2006 - 2021-ci illərdə bu vəzifəni icra edib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti