09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

Sabah Bakıda çovğun olacaq, yollar buz bağlayacaq 5 dərəcə şaxta olacaq

23.02.2021 - 194 - Sosial

Bakıda və Abşeron yarımadasında fevralın 24-də arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən SHOWXEBER.AZ-a verillən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.

Çovğun olacağı ehtimalı var. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 0-5 dərəcə şaxta olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yolların buz bağlayacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir dumanlı, yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir.

 Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, fevralın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun kəskin aşağı enəcəyi gözlənilir ki, bu da əksər insanlar üçün əlverişsizdir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti