25.02.2021 - 236 - Maqazin
Ötən gün aktyor və model Barış Murad Yağcı Nişantaşında kameralara tuş gəlib.
Jurnalistlərlə söhbət edən Barış sevgilisi Nisa ilə olan münasibətləri haqda bəzi açıqlamalar verib. O, evlilik üçün hələ tez olduğunu deyib:
“Nisa evlənəcəyim şəxsdir. Lakin bunun üçün 2 il gözləmək məcburiyyətindəyik. Çünki o, aldığı təhsilini bitirməlidir”.
Xatırladaq ki, cütlük “Survivor” yarışmasında tanış olub eşq yaşamağa başlayıb.