30 ildən sonra Ağdama qayıdan Arif Babayev

30 ildən sonra Ağdama qayıdan Arif Babayev valideynlərinin məzarını tapa bilmədi... - VİDEO

Mədəniyyət 23-mar, 00:17 157

Görkəmli xanəndə, Xalq artisti Arif Babayev 30 illik həsrətdən sonra doğma Ağdam torpağına ayaq basıb. 


SHOWNEWS.AZ xəbər verir ki, 83 yaşlı Xalq artistinin ən böyük arzusunu Xəzər televiziyasının “Birinci studiya” verilişinin heyəti reallaşdırıb. 

Çəkiliş heyəti əvvəlcə sənətkarın ata yurdu olan Sarıhacılı kəndinə baş çəkib.


Xalq artisti doğma torpağını öpərək qovuşduğu günə şükür edib: “Allah şəhidlərimizə rəhmət eləsin. Biz onların qarşısında baş əyməliyik. Qan töküb torpaqlarımızı geri aldılar. Allah ordumuza can sağlığı versin!”


Görkəmli xanəndə kənd qəbiristanlığına gedərək valideynlərinin məzarını axtarsa da, məlum olub ki, qəbiristanlıqda salamat qalmış bir məzar belə qalmayıb. O, gətirdiyi qərənfilləri Qarabağda yatan və illərdir əzizlərini gözləyən bütün vəfat edənlərin adına qırılmış məzar daşlarının üzərinə düzüb. 


Arif Babayev, həmçinin Ağdamda xidmət edən hərbçilərimizlə görüşüb, Ağdamın Cümə məscidini ziyarət edib. Canını vətən yolunda qurban verməyə hazır olan hərbçilərimiz üçün dualar edib.

Xatırladaq ki, XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Arif Babayev 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xalq artisti “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.

SON DƏQİQƏ! Bakıda 12 məktəbdə dərslər dayandırıldı - SİYAHI   |     Nərmini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı   |     “TikTok” videosu çəkən avtobus sürücüsü işdən çıxarıldı   |     Bu ay Bakıda normadan 7 dərəcə yüksək istilik qeydə alındı   |     "Dəyərli sənətçilər ölkədən getməsin, musiqi alətlərini satmasınlar" - TÜNZALƏ AĞAYEVA   |     Uzun müddət maska taxmaq beyinə zərər verir və bu xəstəliklərin kəskinləşməsinə səbəb olur - Həkimdən HƏYƏCAN TƏBİLİ   |     Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti VƏFAT ETDİ   |     Daha 425 nəfər koronavirusa yoluxdu - 515 nəfər sağaldı   |     “Kapital Bank”ın filial müdiri İNTİHAR ETDİ   |     Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ   |     Samirənin növbəti Aygün Kazımova tərzi - Fotolar   |     Sibel Canla istirahətdə olan vaxt aparıcıya evlilik təklifi edib   |     Təmsilçimiz “Eurovision”un açılış mərasiminə yollandı   |     Azərbaycanlı bodibilder AVROPA ÇEMPİONU OLDU   |     Bu gündən məktəblər AÇILIR   |     GÜNÜN ULDUZ FALI - 17.05.2021   |     Bu gün şəhidimiz Cəlil Xeyrullayevin doğum günüdür   |     Putin Brilliant Dadaşovanın həyat yoldaşını mükafatlandırdı   |     Türkiyədə koronavirusa yoluxma sayı azaldı   |     Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi DAVA - VİDEO   |    

Son xəbərlər

Bu gündən məktəblər AÇILIR

00:35   |   17.05   |   45

GÜNÜN ULDUZ FALI - 17.05.2021

00:32   |   17.05   |   53