23.03.2021 - 542 - Mədəniyyət
Bakıda Mədəniyyət sarayından oğurluq olub.
Bu barədə SHOWXEBER.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən Mədəniyyət sarayından 28000 manat dəyərində musiqi avadanlığı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini V.Yarıyev saxlanılıb.