09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

Azərbayanlı aktyordan üç gün vəfat edən anası haqqında QƏLB SIZLADAN SÖZLƏR

30.03.2021 - 686 - Mədəniyyət

Akademik Milli Dram Teatrının aktyoru Elnur Qədirov üç gün öncə vəfat edən anasıyla fotusunu sosial şəbəkədə paylaşıb.

SHOWXEBER.AZ xəbər verir ki, o,anası haqqında bu sözləri yazıb:

"Artıq 3 gündür ki, yoxsan... Gözəlim, nəfəsim, həyatım, canımın ən şirin parçası,  sözlər belə yetməz səni əzizləməyə məni yetim qoyan ANA.

 Deyirlər torpaq soyudur, zamanla  sakitlik tapırsan bu itkiyə. İnanmayın ağ yalandır. Nə torpaq soyudur, nə də qəlbin boşluğu dolur. Kipriklərimin hər birinin ucunda, nəfəsimi hər alıb verdiyimdə, ürəyimin hər döyüntüsündəsən xatirəyə dönənim.

 Çiçəkləri sevən şirin - şəkər ANAM ömrünün son günlərində su içə, yemək yeyə bilməsə də sevdiyi güllərin qoxusunu içinə çəkə-çəkə yaşadı.

 Susuzluqdan içim yanır deyə-deyə dünyadan köçən mələyim bir ömürlük qəlbimi yanar qoydun. Hər şeyim idin - övladım idin, sevgim idin, sirdaşım idin, bacım-qardaşım idin, atam - ANAM idin. Çox darıxıram ... Çox ... Cənnət qoxulum...".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti