04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

İntihara cəhdinə görə səhiyyə sistemini ittiham edən qadınla bağlı - AÇIQLAMA

7.04.2021 - 244 - Sosial

Məlum olduğu kimi, ötən gün sosial şəbəkədə özünü öldürəcəyi ilə bağlı status yazan və koronavirusa yoluxduğunu güman edən Bakı sakini Günel Hakimxocayevanın (Günel Fərhad Hakimqoca) intihara cəhdinin qarşısı alınıb. 

SHOWXEBER.AZ  xəbər verir ki, polis və FHN əməkdaşları həmin qadının yaşadığı ünvanı müəyyən edərək dərhal hadisə yerinə yollanıblar. Qadını intihar fikrindən döndərmək mümkün olub və o, özəl tibb müəssisəsinə yerləşdirilib.

Qadın statusunda intihara cəhdinə görə səhiyyə sistemini ittiham edib. Belə ki,o, 38,5-39 dərəcə hərarətlə sahə həkiminə müraciət etsə də, sahə  həkimi onu yaşayış üzrə poliklinikaya yönləndirib. Vətəndaş iddia edir ki, yaşayış üzrə 8 saylı Şəhər Poliklinikasından zənglərinə cavab verən olmayıb. Həmçinin Təcili Tibbi Yardım və TƏBİB-ə olunan müraciət də cavabsız qalıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, artıq G. Hakimxocayevadan “COVID-19” testi götürülüb və cavab neqativ çıxıb.
Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Nuridə Fərzəliyeva bildirib ki, ötən gün təxminən saat 18:17 radələrində 103 çağrı mərkəzinə həmin qadınla bağlı zəng daxil olub:

 “Zəng edən xanım qohumu üçün çağırış etdiyini deyib və koronavirus infeksiyasından şübhələndiyini bildirib. Belə simptomlarla müraciət edən şəxslər poliklinikalara göndərilib. Çünki bu cür yüngül xəstələrdən müayinə materialının götürülməsi ilə sahə poliklinikaları, sahə həkimləri məşğul olurlar”.

Nərimanov rayonu ərazisində yerləşən 8 saylı Şəhər Poliklinikasından isə onlara həmin vətəndaş tərəfindən zəng olunmadığı bildirilib. qafqazinfo


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti