12.04.2021 - 685 - Mədəniyyət
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub.
SHOWXEBER.AZ APA-ya istinadən xəbər verir ki, bu haqda konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib. O, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib:
“Hazırda səhhəti yaxşıdır, ev şəraitində müalicə alır”.
Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasında əyani dərslər bu gündən dayandırılıb.