26.04.2021 - 816 - Mədəniyyət
Xəbər verdiyimiz kimi, xalq artisti Arif Quliyev koronavirusa yoluxub.
AZXEBER.COM xəbər verir ki, hazırda Arif Quliyevin vəziyyəti ağırdır.
Arif Quliyevin oğlu Rövşən atasının səhhəti haqda deyib: "Hazırda vəziyyəti çox ağırdır. Atam "Yeni Klinika"dadır. Dövlətimizdən də, xəstəxanadan da çox razıyıq.
Evdə qızdırması oldu, tez apardıq xəstəxanaya. Hamıdan xahiş edirəm ki, atam üçün dua etsin".