19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Bakıda DƏHŞƏT: Binanın fasadından qopan üzlük daşı uşağın başına düşüb, VƏZİYYƏTİ AĞIRDIR - VİDEO

2.05.2021 - 369 - Sosial

Bakıda binanın fasadından qopan üzlük daşı yaxınlıqdan keçən uşağın başına düşüb. Nəticədə daş uşağa ağır xəsarət yetirib.
 
Xezerxeber.az bildirir ki, hadisə ötən gün paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində baş verib.
 
Rafiq İsgəndərov küçəsi 4 ünvanında yerləşən beşmərtəbəli binanın fasad hissəsindəki üzlük daşı həmin binada yaşayan 12 yaşlı Əli adlı uşağın başına düşüb.
 
Nəticədə ciddi xəsarət alan uşaq huşunu itirərək yerə yıxlılıb.
 
Təcili yardım briqadası onu xəstəxanaya aparıb. Uşağın vəziyyəti ağırdır və o, reanimasiya şöbəsinə yerləşdirilib.
 
Sakinlər deyirlər ki, sözügedən binada problemdən əvvəldən xəbərləri olub.
 
Hətta təhlükəli vəziyyətlə bağlı ərazi üzrə 144 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət də ediblər.
 
Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin də əməkdaşları gələrək ərazini təhlükəsizlik lenti ilə bağlayıblar. Məsələ ilə bağlı 144 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə getdik.
 
Birliyin müdiri bizi görən kimi qaçmağa başladı.
 
Onu dayandırıb suallarımızı vermək istəyimiz isə baş tutmadı.
 
Səbail Rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirdilər ki, hadisə baş verən bina onların deyil, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 Saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin nəzdindədir.
 
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, həmin bina Səbail rayonu ərazisindədir və binadakı təhlükəli vəziyyət onlar tərəfindən həll olunmalıdır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti