12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

Nura daha bir klipini təqdim etdi - VİDEO

6.05.2021 - 525 - Maqazin

Müğənni Nura Suri "Onsuz" adlı yeni klipini təqdim edib.

SHOWXEBER.AZ  xəbər verir ki, sənətçi mahnını afrikalı ifaçı İdd Azizlə duet şəklində səsləndirib. Mahnının sözləri və musiqisi Buzza aiddir. 

"Klipi 21 yaşlı gənc fotoqraf Lamonkeeey ekranlaşdırıb. Çəkilişimiz bir gün davam etdi. Sadə bir kamera ilə, heç bir işıq qurulmadan ərsəyə gətirdik. Klipimizdə heyvanlara, təbiətə, dostlara sevgini aşılamağa çalışdıq", - deyə Nura Suri bildirib.

O, həmçinin sosial media hesabında da yeni işləri və pandemiya ilə bağlı fikirlərini dilə gətirib: "Bu 1 il 2 ay ərzində 3 yeni mahnı yazdırdım, 3 klip çəkdirdim və fotosessiyalar etdim. Bilirsiniz ki, bu müddət ərzində pandemiyadan ən çox zərər çəkən musiqiçilər oldu, amma bir çox sənətçi yeni mahnılar və kliplər təqdim edə bildi. O cümlədən də mən. Sizdən xahişim "Youtube" kanalıma dəstək olun. Abunə olun, kliplərimə şərhlər yazın, bəyənin. Dijital platformalarda albomlarım və yeni mahnılarım da mövcuddur. Yalnız mənə deyil bütün musiqiçi dostlarıma dəstək olmanızı xahiş edirəm. Bizi sizin dəstəyiniz və sevginiz ilhamlandırır".

Qeyd edək ki, klipdə N.Surinin dostları və oğlu David də yer alıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti