6.05.2021 - 512 - Sosial
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 304 nəfər ölüb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 22 388 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 37 298 nəfər sağalıb, ağır xəstə sayı isə 3 378 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 4 977 982 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 4 626 799 nəfər sağalıb, 42 187 nəfər isə ölüb.