7.05.2021 - 891 - Mədəniyyət
Xəbər verdiyimiz kimi, xalq artisti Arif Quliyev koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Lakin sənətkarın dəfn ediləcəyi yer hələ də müəyyənləşdirilməyib.
Bununla bağlı Unikal.org-a Xalq artistinin yaxın qohumu məlumat verib.
Bildirilib ki, xalq artistinin meyiti həyətdədir: "Hələ də Arif Quliyevn dəfn ediləcəyi yer müəyyənləşə bilmir. Meyit evin həyətində qalıb. Mədəniyyət Nazirliyindən Xalq artistinin harada dəfn ediləcəyi ilə bağlı xəbər gözləyirik. Hələ də onlardan xəbər yoxdur".