12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

SON DƏQİQƏ! Xəbərdarlıq edildi:Təhlükəli hidrometeoroloji hadisə çox güclü külək gözlənilir

8.05.2021 - 751 - Sosial

Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.

Nazirlikdən SHOWXEBER.AZ-a  verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, Xəzər dəniz akvatoriyasında mayın 9-u axşamdan başlayaraq Orta Xəzərdə cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, mayın 10-da isə şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə arabir 32 m/s-dək güclənəcəyi gözlənilir.

 Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.5-5.5 metrə qədər artması proqnozlaşdırılır.

Hava şəraitinə uyğun olaraq, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinin təcrübəli kapitanları tərəfindən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətində məlumatlandırılacaq. Bununla yanaşı, gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin ediləcək.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçiriləcək.

Eyni zamanda gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görüləcək. Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar təhlükəli hidrometeoroloji hadisə ilə bağlı məlumatlandırılacaq.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti