09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

Xanımı Qeytsdən bu səbəblə boşanır: 14 yaşlı qızlara qarşı...

11.05.2021 - 584 - Sosial

"Microsoft"un qurucusu Bill Qeyts və həyat yoldaşı Melindanın boşanması amerikalı pedofil milyonçu Cefri Epşteynlə təmasları ilə əlaqəli ola bilər.

 

SHOWXEBER.AZ teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" yazıb.

 

Nəşrin həmsöhbətlərinə görə, Qeytsin Epşteynlə əlaqələri Melinda üçün narahatlıq səbəblərindən biri olub. İddiaya görə, Melindanın qorxuları 2013-cü ildə cütlüyün cinsi istismar məqsədi ilə azyaşlı alverində ittiham olunan milyonçu ilə ilk görüşündən sonra başlayıb.

 

Nəşr Melinda Qeytsin 2019-cu ildə Bildən boşanma ilə bağlı hüquqşünaslarla məsləhətləşməyə başladığını və evliliklərini "geridönülməz şəkildə məhv edilmiş" adlandırdığını yazıb. Xüsusilə, 2019-cu ilin oktyabrında milyonçuya təcavüz ittihamı irəli sürüldükdən sonra Qeyts və Epşteyn arasında bir neçə görüş haqqda mediada məlumat yayıldıqdan sonra Melinda vəkillərlə bir neçə dəfə danışıb. Həmin ərəfədə Bill Qeytsin peşmançılıq keçirdiyi və Epşteynlə görüşünün səhv olduğunu etiraf etdiyi iddia edilib.

 

Qəzet bildirib ki, Bill və Melinda boşanmalarının əsl səbəblərini açıqlamaqdan imtina edirlər.

 

Bill Qeyts və həyat yoldaşı Melinda boşanacaqlarını mayın 4-də elan ediblər. Boşanma üçün vəsatət qaldıran tərəf Melindadır. Onun dediyinə görə, Qeyts ilə evliliyi geridönülməz şəkildə dağılıb.

 

Qeyd edək ki, Cefri Epşteyn 14 və daha azyaşlı qızları cinsi istismarda və istismar etməsinə imkan verən cinayətkar şəbəkə yaratmaqda ittiham olunur. Bəzi məlumatlara görə, o, 2019-cu ilə qədər insan alveri ilə məşğul olub. Amerikalı maliyyəçi 2019-cu ilin iyul ayının 6-da Nyu-Yorkda saxlanılıb. Elə həmin ilin avqust ayında məhkəmənin başlamasını gözləmədən həbsxana kamerasında intihar edib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti