15.05.2021 - 509 - Sosial
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
SHOWXEBER.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu gün 236 nəfər koronavirusun qurbanı olub.
204 min 637 COVID-19 testi aparılıb ki, bunun da 11 min 472-si müsbət çıxıb.
Ağır xəstə sayı 2 min 563-dür.
38 min 814 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 938 min 838-ə çatıb.