22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |     19:13 SON DƏQİQƏ! Elxan Qasımov VƏFAT ETDİ  |     14:30 Ərdoğanın "Balkon çıxışı"ndan sonra Rəşad Nəcəfli QURBANLAR KƏSDİ PAYLADI  |     00:45 "Allah məni cəzalandırsa da onu bağışlamayacağam" - Zaur  |     00:43 Azərbaycanlı ifaçı Türkiyədə narkotik təbliğatına görə saxlanıldı  |     15:20 Rəqsanə: “Heç yerdə açıqlama verməmişəm ki, Təranənin qızına söz deyilməsin”  |    

"Həyatım boyu iki hadisə yadımdan çıxmayacaq və bunu sənə bağışlamayacam"

16.05.2021 - 743 - Mədəniyyət

Cənazən həyətdə qaldı, əlaqədar təşkilatların başı çox qarışıq idi, Xalq artisti Arif Quliyev yada düşmədi, biganəlik oldu...

"Çox qəribədir, həyatın da qəribə keçdi, sən də bu həyatdan doğaraq çox qəribə bir insan oldun. Heç zarafatından qalmadın, bu gün doğulursan, artıq özün haqqında xatirə danışdırırsan. Heyf səndən, heyf! Sən o dar, qaranlıq qəbirdə necə hərəkətsiz durursan, dayanırsan, o nigarançılığı necə dəf edirsən?! Həmişə ailəndən, uşaqlarından nigaran olmusan, həmişə meteorit kimi fırlanmısan, fırlanmısan, amma heç vaxt yerə düşməmişdin".
 
SHOWXEBER.AZ  xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı həmkarı, bir müddət əvvəl dünyadan köçən Arif Quliyev haqda danışıb. O daha sonra əlavə edib:

"Bilmirəm, insan kimi necə oldun, amma aktyor kimi yaddaşlarda qalacaqsan. Bu da sənin bir xoşbəxtliyindir. Çünki səni unudan, səni atan ata-anan, amma səni qiymətləndirəcək, heç vaxt unutmayacaq, adının qarşısında rəhmətlik deyəcək xalq. Sən ikincini qazandın. Bir sahənin adamlarıyıq, amma heç vaxt yaxın olmadıq. Ya xasiyyətlərimiz qəribə idi, yaxud da. Nəysə yaxın olmadıq. Amma mən istəyimi üzdə bildirə bilmirəm. Həyatım boyu səninlə bağlı iki hadisə heç vaxt yadımdan çıxmayacaq və mən bunu sənə heç vaxt bağışlamayacam. Biri verilişlərdən birində, daha dəqiq desək "Onun sirri" proqramında sənin etdiyin etiraflar və ağlamağın, biri də həyətində, köhnə məhəllədə xəstəxana "nasılkasında" qalan cənazən! Uzun müddət sən o həyətdə qaldın. Yaxşı ki, sənin kimi hazırcavab qonşuların oldu ki, jurnalistin üzqızardıcı söhbətinə "qoy hələ bir az da cənazə qalsın həyətdə" cavabını verdilər. Əlaqədar təşkilatların başı çox qarışıq idi, Xalq artisti Arif Quliyev yada düşmədi, biganəlik oldu. Heç olmasa mədəniyyət xadimi yada düşərdi. Nəysə, Allah sənə rəhmət etsin" deyə sənətkar bildirib".
 
Qeyd edək ki, bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür. Sənətkar yaşasaydı, 71 yaşını qeyd edəcəkdi.

Allah rəhmət etsin!


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti