04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

“Poliklinikada heç kim yoxdur!” deyib peyvənd vurmadılar

16.05.2021 - 540 - Sosial

Koronavirus əleyhinə vaksinasiya üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçən jurnalist poliklinikaya yaxınlaşsa da, peyvənd oluna bilməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Kamran Mahmudov feysbuk hesabında yazıb. O qeyd edib ki, peyvəndlə bağlı saytda 15 may, saat 14:00-15:00 üçün 39 saylı şəhər poliklinikasını seçib:

“Qeydiyyatdan keçdiyim vaxt poliklinikaya yaxınlaşmışam, mənə deyirlər ki, bu gün vaksinasiya saat 14:00-a qədər olub, poliklinikada indi heç kim yoxdur. Deyirəm bəs necə olur ki, saat 14:00-a qədər işləyirsiz, amma qeydiyyata da adam götürürsüz? Deyirlər ki, bu, bizim günahımız deyil, randevu saytının günahıdır. Poliklinikanın baş həkiminin müavininin cavabı isə daha unikal oldu.

 Deyir ki, siz niyə başqa poliklinikanı deyil, məhz bizim poliklinikanı seçmisiz ki? Daha nə deyim bilmirəm. İctimai nəqliyyatın işləmədiyi bir vaxtda boş vaxt tapıb, qeydiyyatdan keçib, taksi ilə vaksin olunmağa gedirsən, onda da qeydiyyatdan keçdiyin poliklinika öz keyfi ilə işləməsin”.

Məsələ ilə bağlı 39 saylı şəhər poliklinikasının baş həkiminin müavini Sevda İsgəndərova ilə əlaqə saxladıq. O, məsələ ilə bağlı məlumatlı olduqlarını və həmin vaxt poliklinikanın işləməli olduğunu bildirdi:

“Bu məsələ araşdırılacaq və həmin vaxt orada olmalı olan personal barəsində lazımi tədbir görüləcək. Çünki poliklinikalar həmin gün də adi qaydada işləyib. Araşdırılacaq ki, həmin gün kimlər işdə olub və məntəqəni niyə tez bağlayıblar. Onlarla bağlı müvafiq tədbir görüləcək”.

S. İsgəndərova həmçinin bildirib ki, yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur: “Biz yerindəcə həmin şəxsə randevu götürə bilərik. Nə vaxt istəsə yenidən peyvəndə gələ bilər”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti