13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Bu ay Bakıda normadan 7 dərəcə yüksək istilik qeydə alındı

17.05.2021 - 493 - Sosial

"Yazın son ayı mayda adətən insanlar üçün hava temperaturunun ən komfort göstəriciləri müşahidə edilir. Bu ilin may ayının birinci yarısında havanın orta sutkalıq temperaturu 17 dərəcəyə yaxın olub ki, bu da normadan 0,9 dərəcə yüksəkdir”.


Bunu SHOWXEBER.AZ-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.


Onu sözlərinə görə, son 10 il ərzində isə may ayında havanın orta aylıq temperaturu iqlim normasından 1 dərəcədən 3,2 dərəcəyədək yüksək olub: "Bu ilin may ayının 15-dən Abşeron yarımadasında havanın maksimal temperaturu artıq 32-35, mərkəzi-aran rayonlarında 32-36, dağlarda 22-24, Naxçıvan Muxtar Respublikasında 27-32 dərəcəyə kimi yüksəlib. Bakıda isə qeydə alınan 32,7 dərəcə isti may ayının iqlim normasından 7,6 dərəcə yüksək olsa da, bu ay üçün ən isti hava 2007-ci ilin ayın 29-da olub və həmin gün havanın maksimal temperaturu 35,5 dərəcəyədək qalxıb”.


U.Tağıyeva qeyd edib ki, bu ilin may ayının birinci yarısında düşən yağıntının miqdarı Qazax-Gəncə zonasında 27-68 mm (aylıq normanın 76 faizi), Balakən-Şəki zonasında 16-128 mm (aylıq normanın 71 faizi) , Mərkəzi-aran zonasında 9-89 mm (aylıq normanın 65 faizi), Tərtərdə 89 mm (aylıq normanın172 faizi), Lənkəran-Astara zonasında 22-40 mm (aylıq normanın 59 faizi) olub:


"Bakıda və Abşeron yarımadasında yarım ay ərzində 11 mm-dək düşən yağıntı aylıq normanın 58 faizini təşkil edir. Çoxillik meteoroloji müşahidələrə görə 1963-cü ilin may ayında Bakı şəhərində yağıntıların miqdarı 106-mm-ə çatıb ki, bu da çoxillik normadan 5.4 dəfə çoxdur”.


Xidmət rəisi əlavə edib ki, yaxın günlərdə havanın küləkli keçməsi temperaturun bir neçə dərəcə aşağı enməsinə səbəb olacaq:


"Bakıda temperatur 25-30 dərəcə intervalında dəyişəcək”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti