18.05.2021 - 495 - Sosial
İnstaqram sosial şəbəkəsinin işində problem yaranıb.
SHOWXEBER.AZ xəbər verir ki, bu barədə populyar internet resurslarının işini təqib edən “Downdetector” xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Kanada kimi ölkələrdə şəbəkənin fəaliyyətində texniki nasazlıqlar yaranıb.
İstifadəçilərin 60 faizi xəbər lentinin yenilənməsində problemlə üzləşdiklərini qeyd ediblər.