04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

Vaqif Mustafayevin “əsər”inə cəmi 5 gün dözə bildi - İDDİA

19.05.2021 - 514 - Sosial

Bir müddət əvvəl “Space” kanalına rəhbər təyin edilən Ülviyyə Mikayılovanın qəflətən istefa verməsi ətrafında müzakirələr bitmək bilmir.

Elə uzun illər təhsil sahəsində çalışan və televiziya təcrübəsi olmayan Ü. Mikayılovanın telekanala rəhbərliyə gətirilməsi də birmənalı qarşılanmamışdı. Bununla bərabər, xanım sədr təyinatıyla bağlı açıqlamasında bu sahənin onun üçün yeni olduğunu bildirərək öhdəsindən gələ biləcəyini vurğulamışdı.

Ancaq vəzifəyə gələndən cəmi beş gün sonra Ü. Mikayılovanın rəhbərlikdən getməsi barədə məlumatlar yayıldı. O isə bu günə qədər istefasının səbəbiylə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Bu gün onunla əlaqə saxlayan yeniavaz saytının əməkdaşına da bu barədə danışmaq istəmədiyini bir daha bəyan edib.

“Mən müəlliməm və mətbuata heç bir açıqlama vermirəm, inciməyin”-deyə məsələyə reaksiya verib.

“Qafqazinfo” Ü. Mikayılovanın istefasının arxasında dayanan səbəbləri əldə edib. Məlum olub ki, məsələnin kökündə kanalın maddi problemləri dayanır. Belə ki, 15 il kanala rəhbərlik edən Vaqif Mustafayevdən televiziyaya külli miqdarda borc miras qalıb. Telekanalın əməkdaşları 6 aya yaxındır ki, maaşlarını ala bilmirlər. Bu səbəbdən də onların çoxu işə çıxmır. Ü. Mikayılova da maddi problemdən əziyyət çəkən kanalda ağır yükün altına girmək istəməyib. Eyni zamanda, o, bu cür maliyyə problemləri fonunda kanalı maarifçi bir televiziyaya çevirməyi mümkün hesab etməyib.

Bildirək ki, 1959-cu il təvəllüdlü Ü. Mikayılova ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

Qeyd edək ki, V. Mustafayev 15 il kanala rəhbərlik edib. Son illər isə televiziya əməkdaşlarının maaşları vaxtlı-vaxtında verilməyib. İşçilər V. Mustafayevin əmlakının satılaraq onların maaşlarının ödənilməsini də tələb ediblər. Bununla yanaşı, televiziyada ciddi nizamsızlıq, efirin toyxanaya çevrilməsi kimi neqativ hallar müşahidə edilirdi.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti