21.05.2021 - 611 - Mədəniyyət
“Tahir Salahov dünən axşam Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edib”.
SHOWXEBER.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq rəssamının bacısı Zərifə Salahova deyib.
O, qardaşının iki gün əvvəl müalicə məqsədilə Almaniyaya getdiyini bildirib.
Z. Salahova Xalq rəssamının Birinci Fəxri Xiyabanda dəfn olunacağını qeyd edib:
“Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək”.