22.05.2021 - 535 - Sosial
Karateçilərimizdən Rafael Ağayev 12-ci dəfə Avropa çempionu olmağa yaxın olsa da, bunu bacarmayıb.
36 yaşlı idmançı Minsk-2019 II Avropa Oyunlarının final görüşündəki rəqibi Stanislav Horunaya (Ukrayna) yenə uduzub. Bununla da Ağayev 14-cü dəfə yüksəldiyi qitə birinciliyinin həlledici görüşündə 3-cü məğlubiyyətinə üzülüb.
Beşqat dünya çempionumuzun aktivində həmçinin qitə birinciliyinin 7 bürünc medalı da var.