23.05.2021 - 715 - Mədəniyyət
Mayın 20-də vəfat edən Xalq rəssamı Tahir Salahovun dəfn olunacağı tarix açıqlanıb.
SHOWXEBER.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə feysbuk səhifəsində məlumat yayıb.
O bildirib ki, mərhum Tahir Salahov sabah I Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, T.Salahov 92 yaşında Almaniyada dünyasını dəyişib.