11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

SON DƏQİQƏ! FHN-dən hava şəraiti ilə bağlı xəbərdarlıq

25.05.2021 - 654 - Sosial

Şiddətli gurultu və parlaq qığılcımla (şimşəklə) müşayiət olunan ildırım həm də yüksək gərginlikli elektrik boşalması olduğundan insan üçün ölümcül təhlükə yaradır.

SHOWXEBER.AZ  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilib. FHN bununla bağlı əhaliyə müraciət edərək ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün bəzi təhlükəsizlik qaydalarını bir daha xatırladır.
İldırım çaxan zaman:

- evdəsinizsə, sobada odu söndürün, qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın, evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;
- telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmayın;

- elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;

- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);
- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin.

Nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə, həmin ağacdan, ən azı, 4 metr aralı dayanmaq lazımdır;

- yüksəklikdə, yaxud düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çökək yerə enib, dizlərinizi qucaqlayaraq oturun;

- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;

- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;

- traktor, otbiçən maşın, motosiklet və ya velosiped sürürsünüzsə, dərhal düşün və onlardan ən azı, 30 metr aralanın;

- qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın.

Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”-yə zəng edin!


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti