28.05.2021 - 660 - Mədəniyyət
Koronavirusa (COVID-19) yoluxaraq xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəylinin vəziyyəti açıqlanıb.
SHOWXEBER.AZ xəbər verir ki, Xalq artistinin ailəsindən report-a bildirilib ki, R.Əzizbəylinin xəstəxanada müalicəsi davam edir:
"Qızı ilə eyni palatadadırlar. Həkimlər Ramizin vəziyyətinin orta-ağır olduğunu deyirlər. Oksigen verirlər".
Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.