09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

Türkiyədə toyların keçirilməsinə icazə verildi

31.05.2021 - 508 - Sosial

İyunun 1-dən etibarən Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılmasına start veriləcək.

Ötən bir il yarımda Türkiyə COVID-19 virusuna qarşı bütün formalarda mübarizə aparıb. Peyvəndləmə prosesində dünyadakı ilk on ölkə sırasına daxil olunub. İyun ayında peyvəndləmə prosesi bütün imkanların səfərbərliyi ilə daha da genişləndiriləcək.
 
SHOWXEBER.AZ   xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
 
Dövlət başçısı bildirib ki, iyun ayında “Evdə qal!” rejimi həftənin ilk beş günü saat 22:00-dan ertəsi gün saat 05.00-dək, həftənin şənbə günləri tətbiq olunan eyni qayda həmin saatda başlayıb bazar ertəsi saat 05.00-dək qüvvədə olacaq. İyul ayında normallaşma prosesi gündəlik yoluxma vəziyyətinə uyğun tənzimlənəcək.
 
Kafelər, restoranlar, əyləncə mərkəzləri, idman zalları bazar günləri istisna olmaqla 07:00-dan 21:00-dək açıq olacaq. Bazar günü restoranların yalnız çatdırılma xidməti işləyəcək.
 
Pandemiya qaydaları nəzərə alınaraq 1 iyun tarixindən etibarən qapalı və açıq məkanlarda toyların keçirilməsinə icazə verilir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti