6.06.2021 - 446 - Sosial
Rusiya Jurnalistlər İttifaqı Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı verib.
SHOWXEBER.AZ-ın məlumatına görə, qurumun rəsmi saytında yerləşdirilən başsağlığında deyilir:
“Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalist minaya düşərək həlak olub. Partlayışın qurbanları iki bizim həmkarımız olub - televiziya operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov.
Rusiya Jurnalistlər İttifaqı həlak olanların ailələrinə və dostlarına, həmkarlarına səmimi başsağlığı verir”.