17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

8-ci sinif sagirdini 35 yaşlı kişi ilə nişanladılar - AZƏRBAYCANDA

8.06.2021 - 489 - Sosial

Masallı rayonunda 15 yaşlı qız özündən 20 yaş böyük kişi ilə nişanlanıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Bədəlan kənd sakini, 8-ci sinif şagirdi olan qızla 35 yaşlı Seymur adlı kişi üçün nişan mərasimi keçirilib. Mərasim mayın 5-də Lənkəran şəhərindəki istirahət mərkəzlərindən birində baş tutub.

 Rusiya vətəndaşı olan Seymurun orada yaşayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir. Dərs ili başa çatandan sonra isə cütlüyün evlənərək Rusiyaya köçəcəyi qeyd edilir.

Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının sədri Aybəniz Qafarova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin ailə ilə görüşüb və 15 yaşlı qızla söhbət edib: “Biz əvvəl elə bildik qızı məcbur edirlər, mən onunla danışdım. Qız deyir ki, oğlanı evimizin qabağından keçəndə görüb sevmişəm. Onu heç kimin məcbur etmədiyini dedi. Oğlanın yaşının onunkundan çox olmasını da izah etdim, hələ yaşının az olduğunu, bir neçə il sonra marağının azalacağını da danışdım. Ailəni də, qızı da xəbərdar etdim ki, 18 yaşa kimi evlənmək, nikaha daxil olmaq olmaz, qanun qadağan edir. Qız oğlanı sevdiyini, indi sadəcə elçilik etdiklərini, buna görə də 3 il gözləyəcəyini dedi”.
 
A.Qafarova qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib: “Dövlət Miqrasiya İdarəsinə və Sərhəd Xidmətinə də onların birgə ölkədən çıxa biləcəkləri barədə xəbərdarlıq etmişik. Hər gün də ailə və onların yaxınları ilə əlaqə saxlayırıq”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti