14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |    

Hamilə arvadının başını kəsib, qanı ilə divarı yazan Vüsaldan dəhşətli etiraflar

9.06.2021 - 442 - Sosial

Türkiyədə qeyri-rəsmi şəkildə yaşadığı gənc arvadını öldürən azərbaycanlı kişinin məhkəmədə verdiyi ifadə eşidənləri heyrətə gətirib.

 

SHOWXEBER.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, 18 yaşındakı iki aylıq nikahda olduğu həyat yoldaşı Sevilay Kayanın boğazını kəsib başını bədənindən ayıran azərbaycanlı Vüsal Orucovun məhkəməsi keçirilib.

 

Vüsal Orucov məhkəmədə törətdiyi cinayəti soyuqqanlı şəkildə danışıb. O bildirib ki, yoldaşını xəyanət etdiyi üçün öldürüb.

 

"Arvadım məndən 2 aylıq hamilə idi. Bir gün mənə dedi ki, səninlə olan münasibətim bitdi. Mənə pul ver, abort etdirim.

 

Bundan sonra səninlə birgə yaşamaq istəmirəm. Dedim, "Sən məndən ayrıla bilməzsən. Sənə də verməyə pulum yoxdur”, - deyib cibimdən bıçağı çıxartdım. Ona bir neçə zərbə vurdum.

 

Daha sonra boğazını kəsdim. Sevilay yerə yıxılıb xırıldamağa başladı. Əyilib onun saçından tutdum və ikinci dəfə boğazına bıçaq çəkdim.

 

Daha sonra barmağımı qanına batırıb divara "xəyanətin cəzası ölümdür” yazdım”, - deyə Vüsal Orucov bildirib.

Qətlə yetirilən Sevilay Kayanın anası Nardane İ. məhkəmədə Vüsalı Azərbaycanda tanıdığını bildirib.

 

"Azərbaycandan gələndən sonra qızımla Vüsal kafedə birlikdə işləyirdi. Onlar sonradan imam nikahı ilə evləndilər və qeyri-rəsmi şəkildə yaşamağa başladılar.

 

Qızım ondan hamilə qaldı. Cinayət baş verərkən o, 11 aylıq hamilə idi. Qızımla Vüsal tez-tez dalaşırdılar. Bir gün Vüsal məni təhqir etdi və "qızın fahişədir, kişilər olan kafedə çalışır” dedi”, - deyə qadın ifadəsində bildirib.

 

Məhkəmənin hökmü ilə Vüsal Orucov təqsirli bilinib və həbsxanaya göndərilib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti