10.06.2021 - 473 - Mədəniyyət
Xalq artisti Arif Babayevin səhhətinin pisləşdiyi və Türkiyəyə aparılması haqda məlumat yayılıb.
SHOWXEBER.AZ xəbər verir ki, məlumatı ötən gün aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə paylaşmışdı.
Xalq artistinin oğlu Yaşar Babayev APA-ya açıqlamasında bildirib ki, Arif Babayev Türkiyəyə aparılmayıb, Bakıdadır. O deyib ki, atasının səhhəti normaldır:
“Onun Türkiyəyə aparılması ilə bağlı deyilənlər yalandır, hazırda Bakıdadır. Sadəcə yaxın vaxtlarda müayinə üçün Türkiyəyə aparmağı planlaşdırırıq”.