14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |    

Elmar Qasımov eyvandan pul səpdi, millidən qovuldu - VİDEO

18.06.2021 - 526 - İdman

Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımovun İnstaqram hesabında paylaşdığı video tənqid edilib. “Qafqazinfo” xəbər verir ki, görüntülərdə məşhur idmançı eyvandan dollar əsginaslarını küçəyə səpir. 

Onun bu davranışı birmənalı qarşılanmayıb. İctimai şəxs kimi idmançının bu hərəkətinin yolverilməz olduğu bildirilib. 

Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında Elmar Qasımova belə hərəkətlərinə görə dəfələrlə xəbərdarlıq edildiyini bildirib:

“Olimpiya mükafatçısıdır, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Lakin o, İnstaqram hesabında müxtəlif videolar paylaşır və bu görüntülər dəfələrlə etirazlara səbəb olub. Bununla bağlı onunla bir neçə dəfə danışsaq da, əhəmiyyət verməyib. Elmar Qasımova yığma komandada son şans da verdik. Onu Budapeştdə keçirilən dünya çempionatına göndərdik. Lakin orda da uduzdu və ümidlərimizi boşa çıxardı. Qasımov son paylaşdığı videoya görə milli komandadan kənarlaşdırılıb.

 Yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. İnstaqram Elmarın şəxsi hesabıdır və biz sırf ona hər hansı qadağa qoya bilmərik. Lakin artıq idmançı kimi millidə yer almayacaq”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti