19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Nazilə Səfərli saxlanılması xəbərindən danışdı: "Xoşqədəmə minnətdaram"

18.06.2021 - 496 - Sosial

Şairə Nazilə Səfərlinin tanınmış jurnalist Xoşqədəm Hidayətqızının şikayəti əsasında bu gün məhkəmə qərarına uyğun olaraq 500 manat məbləğində cəriməni ödədiyi barədə məlumat yayılıb.


Showxeber.Az xəbər verir ki, bununla bağlı Kult.az-a açıqlama verən Nazilə Səfərli haqqında yayılan məlumatın həqiqəti əks etdirmədiyini deyib.



“Bu xəbərdən məlumatsızam. 500 manat cərimə ödəməmişəm. Əgər həqiqətən də belə bir cərimə ödəməli olsam, ödəniş qəbzini sizin üçün paylaşaram. Məni çox önəmsədiyi üçün və daim gündəmdə saxladığı üçün Xoşqədəmə minnətdaram”, - şairə bildirib.



Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən barəsində qəbul edilən qərara əsasən Nazilə Səfərli Nizami Rayon Polis İdarəsinə dəvət edilib. Məhkəmə tərəfindən təyin edilən cərimənin ödənilməsi onun diqqətinə çatdırılıb. Nazilə Səfərli hüquqi öhdəliyi yerinə yetirərək barəsində təyin edilən cərimə məbləğini ödəyib. Hazırda onun barəsində heç bir axtarış yoxdur.



Xatırladaq ki, hər iki tanınmış sima arasında qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlayıb.



Tərəflər arasında davam edən məhkəmə prosesi 2019-cu ildə başa çatıb. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şairə Hidayətqızıdan üzr istəməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti