19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Nazilə Səfərli həbs oluna bilər

18.06.2021 - 477 - Sosial

"19 fevral 2019-cu il tarixində verilən məhkəmə qərarına əsasən Nazilə Səfərova Xoşqədəm Hidayətqızından üzr istəməlidir. Və bu üzr "Show news" saytında yayımlanmalıdır. Həmin xanım məhkəmə qərarını icra eləmədiyinə və dövlətin maraqlarına zidd gəldiyinə görə, dünən onun evinə polislər gedib".
 

Bu sözləri News24.az-a açıqlamasında teleaparıcı Xoşqədəm Hidayətqızının vəkili Ramil Qocayev deyib. O, bildirib ki, əgər qarşı tərəf üzr istəməsə, ona cinayət işi açıla bilər:

 "Bu xanım neçə müddətdir məhkəmə qərarından yayındığına görə axtarışda idi. Ötən axşam da Nizami rayonunun icra məmuru tərəfindən məhkəməyə aparılıb. Barəsində inzibati protokol tərtib olunub, həmçinin də 500 AZN cərimə olunub. Yəni bu 500 manatın Xoşqədəm xanıma heç bir aidiyyatı yoxdur.

 Sözügedən xanım İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsinə uyğun olaraq təqsirli bilindi və cərimə tətbiq olundu. Həmin maddədə eyni zamanda 1 aylıq həbs də var, sadəcə, onun qadın olması nəzərə alındı və yalnız cərimə tətbiq olundu. Bundan sonra da, Nazilə Səfərova qətnaməni icra eləməsə, cinayət məcəlləsinin 306 maddəsinə uyğun olaraq barəsində cinayət işi açıla bilər.

 Məhkəmə qərarına uyğun təkzib verilib, 1000 AZN cərimə ödənilib, amma üzr istənilməyib. Nə qədər ki, üzr istəməyəcək barəsində, ciddi tədbirlər görüləcək".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti