12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |    

DYP rüşvət aldığı iddia edilən polislə bağlı araşdırmaya başladı - VİDEO

21.06.2021 - 399 - Sosial

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.

Showxeber.Az  Meydan TV-yə istinadən xəbər verir ki, videoda yol hərəkəti qaydasını pozan sürücünün yol polisi əməkdaşı tərəfindən saxlanıldığı görünür.

 Daha sonra davam etdirilən söhbət zamanı sürücü qaydanı pozduğunu etiraf etsə də, yol polisi əməkdaşına rüşvət təklif edir. Polis isə məbləğlə razılaşmayaraq “bu nədir verirsən 100 manatlıq qayda pozuntusuna?” deyərək reaksiya verib. Daha sonra isə o, sürücü barəsində protokol tərtib etmədən onu buraxıb.

İdarənin sözçüsü, polis polkovnik-leytenantı Namidan Piriyev saytımıza açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma aparılır: “Hazırda xidməti yoxlama aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti