13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

“150 nəfərlik toy qərarı yanlış idi” – Adil Qeybulladan etiraz

22.06.2021 - 375 - Sosial

"Epidemioloji vəziyyətin stabil olmasından istifadə edərək, toyları keçirmək lazımdır. Bu baxımdan yeni qərar yaxşıdır. Çünki bu, həm də genofondun taleyi məsələsidir”.


Bunu Sfera.az-a açıqlamasında tibb üzrə ekspert, professor Adil Qeybulla deyib. O bildirib ki, digər tərəfdən toyların formatı dəyişdirilməli idi:
 
"Hesab edirəm ki, 150 nəfər də çoxdur. 70-100 nəfər civarında insanların toplaşması yetərli olardı. İsti havalarda yaxşı olardı ki, toylar açıq havada keçirilsin. Eyni zamanda masalar arasında məsafə elə təmin edilsin ki, heç bir problem yaranmasın. Vaksin vurulsa da, COVİD pasportu olsa da, toylarda immuniteti tam formalaşmamış şəxslərin iştirakı da mümkündür. Düzdür, bu ehtimal çox azdır. Hər halda bu istisna olunmur. Qapalı bir zalda bir nəfərin xəstə olması kifayətdir ki, xeyli insan xəstələnsin. Bütün bunlar nəzərə alınmalıdır”.


Müsahibimiz qeyd edib ki, sentyabra qədər qapalı toyların keçirilməsinin qadağan edilməsi daha yaxşı olardı: "Hər bir şadlıq evinin həyəti var. Toylar orada təşkil edilə bilər. Fikrimcə, vətəndaşlar qapalı mühitdə karantin davranışlarını mümkün qədər gözləməlidirlər, arxayın olmaq lazım deyil. Bu gün artıq "Delta” ştammı, yəni ikiqat mutasiyaya uğramış Hindistan ştammının özü də yayılmaqda davam edir. Ehtiyatlı olmalıyıq”.

 
Günay Rəsulqızı


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti