13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Türkiyədə azərbaycanlı yutuber haqqında həbs qərarı çıxarıldı

22.06.2021 - 386 - Sosial

Türkiyənin İstanbul şəhərinin Bağcılar səmtində su satan uşaqla bağlı çəkdiyi video kəskin reaksiyalara səbəb olan azərbaycanlı yutuber Fariz Baxşəliyev haqqında məhkəmə saxlanılma qərarı çıxarıb.

Showxeber.Az  xəbər verir ki, bundan əvvəl çəkdiyi sözügedən videonun qurama olduğu müəyyənləşdirilən yutuberin "xalqı kin və düşmənliyə təhrik və ya alçaltma”ğa görə 1,5 il həbsi tələb edilmişdi.


Bakırköy Cəza Məhkəməsində keçirilən prosesə müttəhimin vəkili qatılıb.


"O, ölkə xaricində də fəaliyyət göstərən bir yutuberdir. Ən azından xaricdəki çəkimlərini yerinə yetirməsi üçün haqqındakı tədbirlərin ləğvini tələb edirik. Nəticədə, anası Türkiyə vətəndaşıdır”.


Məhkəmə cəlbindən yayındığı üçün izahatı alınmayan Fariz haqqında həbs qərarı çıxarıb. Vəkilin tələbi isə rədd edilib.


Qeyd edək ki, sözügedən videoda salfet və su satan səkkiz yaşlı uşağın yanına gələn yutuber Fariz Baxşəliyev ac olduğunu bildirərək, uşaqdan kömək istəyib.


Videonun yayılmasından sonra hərəkətə keçən İstanbul Təhlükəsizlik Müdirliyi Uşaq Şöbəsinin axtarışları nəticəsində videonun uydurma olduğu üzə çıxıb. Bakırköy Baş Prokurorluğu azyaşlı uşağı istifadə edərək videoya çəkən və sosial media hesabında paylaşan Fariz Bəxşəliyev haqqında istintaq başladıb.


Azyaşlı uşağın anası isə bildirib ki, Fariz onun böyük oğlunun dostu olub və kiçik oğlunu da əyləncəli bir videoya çəkəcəyini bildirərək onları aldadıb. 


Qeyd edək ki, Farizin Yutubda 600 minə yaxın izləyicisi var. Sözügedən video bu ilin yanvarında çəkilib./sfera.az



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti