04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

“Palatka” toyları risklidir, restoranları tövsiyə edirik” - DİN

23.06.2021 - 362 - Sosial

"Pandemiya şəraitində "palatka” toylarının keçirilməsi o qədər də tövsiyə edilmir”.

 

Bunu "ARB 24”ün "İş vaxtı” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, 50 nəfərə qədər tibbi maskadan istifadə etməklə ev şəraitində toy, nişan mərasiminin təşkili və keçirilməsi ilə bağlı hansısa məhdudiyyət yoxdur:

 

"Lakin vətəndaşlar bilsinlər ki, yumşaldılmalardan sui-istifadə edilməməlidir. 50 nəfərə qədər olan tədbirlərdə maskadan istifadə və sıxlıq normasının gözlənilməsi hər bir şəxsin özündən asılıdır. Bununla bağlı yerli icra hakimiyyəti, bələdiyyə və polis orqanları iş aparacaq ki, vətəndaşlarımız diqqətli olsun. Açıq havada kənd yerlərində toyların keçirilməsi isə infeksiya şəraitində risklidir və sağlamlıq üçün təhlükə yaradır. Tövsiyə edirik ki, bu tədbirləri fəaliyyətinə icazə verilən məkanlarda, yəni restoranlarda həyata keçirsinlər”.

 

Əlavə olaraq bildirib ki, polis əməkdaşları toy mərasimləri keçirilən zaman zala daxil olub yoxlama aparmayacaq.

 

Heç bir halda polis əməkdaşları toy mərasimləri keçirilən zala daxil olmaqda maraqlı deyil:

 

"Tədbirlərin təşkilinə beş gün qalmış bu işlər tənzimlənəcək. Restoran, ictimai iaşə obyektlərinin rəhbərləri ilə görüşlər keçirilir və digər dövlət qurumları ilə əməkdaşlıq gücləndirilib. Bütün risklər nəzərdən keçirilib və müzakirə olunub. Polis heç bir halda və heç bir formada vətəndaşın tədbir zalına daxil olub, orada kimisə cərimələməkdə maraqlı deyil”.





Showxeber Bizi instagramda izləyin



Xəbər xətti