17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

Toylarla bağlı bütün qaranlıq məqamlara aydınlıq – RƏSMİ AÇIQLAMA

23.06.2021 - 335 - Sosial

Ötən gün Nazirlər Kabineti 1 iyuldan şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verildiyini açıqladı.

Showxeber.Az  xəbər verir ki, toylarla bağlı müvafiq göstərişlər olmasına baxmayaraq hələ də vətəndaşlar arasında sual doğuran məqamlar var.

Nazirlər Kabinetinin ötəngünkü qərarında iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması ilə bağlı maddə çaşqınlıq yaradıb.

Belə ki, bir doza peyvənd olunan, ikinci dozanın vaxtı çatmayan şəxslər 150 nəfərlik toya getməyinə icazə verilib-verilməməsini öyrənmək istəyir.

Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında suallara aydınlıq gətirib. O bildirib ki, 50 nəfərdən 150 nəfərdək olan toylara gedənlər hər iki doza peyvənd olunmalıdır:
“Həmin qərarda vurğulanır ki, 18 yaşından yuxarı olan bütün şəxslərin iştirakına  yalnız COVID-ə qarşı tam peyvənd olunması və ya COVID 19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd olduğu halda icazə veriləcək”.

E.Hacıyev 50 nəfərlik şənlik mərasimlərində COVID pasportu olan şəxslərin maskasız iştirakına icazə verilib-verilməməsi ilə bağlı suala isə belə cavab verib:

“50 nəfərdən ibarət toylarda mütləq qaydada içəridə tibbi maskadan istifadə olunmalıdır. Onlardan COVID pasportu tələb olunmayacaq. Yəni bütün hallarda COVID pasportu varsa və 50 nəfərlik məclisə gedibsə, maska ilə oturmalıdır”.
 
ölkə.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti