13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Güləşçimiz finala vəsiqə qazandı

28.06.2021 - 333 - İdman

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.

SHOEXEBER.AZ   xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Azərbaycan təmsilçilərindən Murad Haqverdiyev (57 kq) ilk görüşdə türkiyəli Ahmet Karavuşa uduzub.

65 kq-da Sabir Cəfərov təsnifat mərhələsində slovakiyalı Tomas Şoerqoya, 1/8 finalda isə fransalı Luis Mazoyerə vaxtından əvvəl (10:0) qalib gəlib.

 1/4 finalda Burak Sinin (Türkiyə) üzərində 7:0 hesablı qələbə qazanan güləşçi finala gedən yolda rusiyalı Turpal Xatuyevlə bacarmayıb - 10:13. O, sabah bürünc medal görüşünə çıxacaq.

75 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov ardıcıl olaraq Simon Monz (Almaniya), Narek Harutyunyan (Ermənistan) və Davit Patsinaşvilini (Gürcüstan) məğlub edərək finala vəsiqə qazanıb. Onun həlledici qarşılaşmadakı rəqibi Stanislav Novak (Moldova) olacaq.
79 kq-da çıxış edən Səbuhi Əmiraslanov 1/8 finalda rusiyalı Rasul Asluyevə uduzub.

97 kq-da Zəfər Əliyev debütdə gürcüstanlı Luka Xutçuaya 12:2 həsabı ilə qalib gəlsə də, 1/4 finalda Ukrayna təmsilçisi Danilo Stasiukla bacarmayıb.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları iyunun 29-da keçiriləcək.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti