13:39 Onu gələcək həyat yoldaşı ilə tanış edənə 10 milyon verəcək  |     12:54 DİN Nigar Camala dair araşdırma aparır  |     07:06 Nərmin klipinə təqdimat keçirdi  |     22:09 “Qızım dünyaya gəldiyi üçün qaynanam zəng etdi ki, ananın evinə get”  |     22:07 “Qarşımdakı bəzi insanları gic adlandırıram” - Elza Seyidcahan  |     22:05 “Serdar Ortaçla duet mənə 50 minə başa gəldi” - Vəfa Şərifova  |     22:01 Xatun Əliyeva nənə oldu  |     18:44 Zülfiyyə ilə Zamiqi bir araya gətirən səbəb  |     13:31 Zeynəb Həsəninin vəziyyəti ağırlaşdı  |     12:19 Məclisdə Əminə ilə Vüqar arasında dava düşüb  |     15:11 "Səhnəmizin ən savadlı və estetiksiz müğənnisi" - Özünü təriflədi  |     14:51 "Kaş qızımı ora ərə verməzdim" - Mətanət İsgəndərli  |     12:55 Bakı konsertində Aleksandr Rıbakla şəkil çəkdirmək MİN MANAT OLUB  |     19:35 "Bir çox layihəmi yox etdi" - Natavan  |     19:28 Faiq Ağayevdən haqlı irad: “Onu kəndçi dili sayanlar...”  |     10:13 Vəfanın 40 min verib, oxuduğu duet "trend 1" OLA BİLMƏDİ  |     10:10 Kamildən Hacı Nurana:“Bir də səninlə şəkil çəkdirməyəcəm”  |     10:07 Nazilə QANUNLARA ETİRAZ ETDİ: "Növbəti "quşu" buraxıb, qanun işləmir?"  |     09:59 Afət COŞDU: “Floraya “kapak” olsun”  |     15:47 Narkotikə görə tutulan “TikTok”erə hökm oxundu  |    

Sabahdan Azərbaycanda toylar başlayır

30.06.2021 - 353 - Sosial

Sabahdan Azərbaycanda şənlik mərasimləri (toy, nişan, ad günləri və s.) keçiriləcək.


SHOWXEBER.AZ-ın xəbərinə görə, Nazirlər Kabineti müəyyən şərtlər nəzərə alınmaqla iyulun 1-dən şənlik mərasimlərinin keçirilməsinə icazə verib.

50 nəfərdən çox qonağın iştirak etdiyi toylarda COVID-19 pasportu tələb olunacaq
Belə ki, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə münasibətdə:

- yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (bundan sonra – COVID-19 pasportu) olduğu halda icazə verilir və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir;

- İyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir).

Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti