19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |     19:13 SON DƏQİQƏ! Elxan Qasımov VƏFAT ETDİ  |     14:30 Ərdoğanın "Balkon çıxışı"ndan sonra Rəşad Nəcəfli QURBANLAR KƏSDİ PAYLADI  |     00:45 "Allah məni cəzalandırsa da onu bağışlamayacağam" - Zaur  |     00:43 Azərbaycanlı ifaçı Türkiyədə narkotik təbliğatına görə saxlanıldı  |     15:20 Rəqsanə: “Heç yerdə açıqlama verməmişəm ki, Təranənin qızına söz deyilməsin”  |     20:49 Eşqin Cəlilov azadlığa buraxıldı - EKSKLÜZİV  |     08:42 Ruhi Əliyeva "Şəms" mükafatı aldı  |     23:35 Eşqinin ifadəsi məlum oldu - “Barışmaq üçün getmişdim”  |     12:37 "Bu görüntülərin müzakirə olunacağını bilirdim" - Video+Fotolar  |     12:13 "20 ildir bu sahədəyəm, niyə fəxri adım yoxdur?"  |    

Məşhur "Chilia" mağazası Qənirə Ataşovanı belə aldatdı

1.07.2021 - 399 - Sosial

Uzun müddətdir ABŞ-da yaşayan aparıcı Qənirə Ataşova Bakıya gəlib. 
 
Axşam.az xəbər verir ki, aparıcı "Tarqovi"da mağazaların birində başına gələn hadisəni izləyiciləri ilə bölüşüb.

 O bildirib ki, şəhərin mərkəzində mağazalardan birindən aldığı bahalı geyimlə onu aldadıblar:

"Nizami küçəsində qiymətləri Azərbaycan üçün olduqca baha olan bir mağazadan aldığım paltar ilk baxışdan çox gözəldir. Dedilər, paltar italyan tərzidir, İspaniyada hazırlanıb. Bir sözlə Avropa istehsalıdır. Evdə dona diqqət edəndə etiketin altında başqa bir etiketin izini gördüm. 299 manat dəyəri olan və marka adı ilə satılan paltardan niyə əvvəlki etiket kəsilib? Bu, məndə donun keyfiyyətinə də şübhə yaratdı. Amma donu sevdim. Mənə də çox gözəl yaraşdı. Daxilən inciyirəm. Niyə bizdə müştərini aldadan sistem qurulub. Nədən alıcı aldadılsın?".
Q.Ataşova Axşam.az-a açıqlamasında həmin mağazanın məşhur "Chilia" olduğunu deyib. O bildirib ki, paltarı bir gün sonra aparıb geri verib və pulunu alıb. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti