11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Elməddin onu qeyri-peşəkar adlandıran aktyorun CAVABINI VERDİ

3.07.2021 - 356 - Mədəniyyət

Aktyor Elməddin Cəfərov Əməkdar artist Vahid Əliyevin onu qeyri-peşəkar adlandırmasına münasibət bildirib.

Lent.az-a açıqlama verən Elmədddin V.Əliyevə bu cür cavab verib: 

“Məndən yaşda böyükdür, ağsaqqaldı, nə deyim? Bütün ölkə peşəkardır, üçümüzdən başqa? O qədər vaynerlər, aktyorlar var ki... Tək bizi gördü? Allah canın sağ eləsin”. 

Qeyd edək ki, V.Əliyev Lent.az-a açıqlamasında aktyorlar Fərda Xudaverdiyevi, Elməddin Cəfərovu, Müşfiq Şahverdiyevi qeyri-peşəkar adlandırmışdı. 
“Müşfiqi ikinci kursdan İncəsənət Universitetindən çıxarıblar. Milləti təhqir etmək olmaz. Açırsan efiri, ancaq rayon əhlinin ağızlarına əyirlər. Bu nə qədər davam edəcək? 

Elməddin də universitetin tarixini bitirib. Bir dəfə Elçin Əlibəyli məndən soruşdu ki, Elməddin necə aktyordur? Dedim ki, bu dəqiqə deyərəm. Başa düşdüm ki, Elçin ürək sözlərini mənim vasitəmlə demək istəyirdi. Elməddindən soruşdum ki, Ədil İsgəndərov kimidir? Söylədi ki, bilmirəm. Ona baxıram, bir ad qoya bilmirəm.

Sözün açığı, Fərda da mənə çatmır. Serialda çəkilib, adını da bilmirəm. Onların savadı yoxdur. Bu sahədə savad alsaydılar, öz yollarını tapa bilərdilər. Bu gün onlarda o savad olmadığına görə tamaşaçının da zövqünü korlayırlar. Biz peşəkarlar tamaşaçıya nə qədər zövq versək də, qeyri-peşəkarlar onların zövqünü pozur. Aşıq gördüyünü çalar. Tamaşaçı hər gün onları görür. 

Aktyor daha sonra bildirib ki, onlara müəllimlik etməyə, dərs keçməyə də hazırdır: “Öyrənmək heç zaman gec deyil. Mən özüm Yusif müəllimdən öyrənmişəm. Burda qəbahət nəsə yoxdur. Həyatda kişi olmağı atamdan öyrənmişəm. Amma teatrda, sənətdə simanı itirməmək, kişi olmaq, bunları Yusif müəllimdən öyrəndim. Allah ona rəhmət eləsin”. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti